Logo

Rusiyadan daha bir həmlə - İlk dəfə olaraq...

Rusiyadan daha bir həmlə - İlk dəfə olaraq...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ilk dəfə olaraq Suriyada raket əleyhinə müdafiə sistemlərinin ən müasir texnikasını yerləşdirib.

ATV.az-ın məlumatına görə, bu barədə ABŞ-ın yüksək rütbəli şəxsləri "Fox News” telekanalına açıqlama verib. Bildirilir ki, "SA-23 Qladiator” (S-300VM) adlı anti-balistik müdafiə sistemləri, ötən həftə Suriyanın Tartus limanına gətirilib. Amerikalı rəsmilərin sözlərinə görə, hadisənin  ABŞ-la Rusiya arasında Suriya münaqişəsinə dair aparılan danışıqlar ərəfəsinə təsadüf etməsi diqqət çəkir:

”Moskva açıq şəkildə göstərir ki, onlar bundan sonra da Əsəd rejiminə hərbi dəstək verəcək”.

Qeyd edək ki, Rusiyanın ən müasir silahlarından hesab olunan "SA-23 Qladiator” tipli roketdan müdafiə sistemləri ilk dəfə olaraq başqa bir ölkənin ərazisinə yerləşdirilir. Hələki aktiv edilməyən raket qurğusunun hansı məqsədlə Suriyaya gətirildiyi məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR