Logo

“Çılpaq” tammetrajlı bədii filminin premyerası keçirildi - FOTOLAR

“Çılpaq” tammetrajlı bədii filminin premyerası keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aktyor, rejissor Hikmət Rəhimovun “Çılpaq” tammetrajlı bədii filminin premyerası baş tutub.

Sfera.az bildirir ki, gecədə film heyətilə yanaşı bir çox incəsənət nümayəndələri, qonaqlar iştirak ediblər. Aktyor Azər Aydəmir çıxışı zamanı filmin "Best İstanbul” film və sənət festivalında qalib olduğunu bildirib. O qeyd edib ki, İctimai Televiziyanın dəstəyi ilə ərsəyə gələn film festivalda “Ən yaxşı rejissor” və “Ən yaxşı tammetrajlı film” nominasiyalarında mükafata layiq görülüb.

Filmin ssenari müəllifi və rejissoru Hikmət Rəhimov ssenarinin şəxsən şahidlik etdiyi hadisəyə əsaslandığını deyib. O, dram janrında olan ekran əsərinin çəkilişlərinin Bakı və ətraf qəsəbələrdə gerçəkləşdiyini söyləyib.

Qeyd edək ki, filmin xronometrajı 65 dəqiqədir.

FOTO: ANAR BAYRAMLI

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR