“Polad” ləqəbli polkovnik vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.
O, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub.
Qeyd edək ki, polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.








