Logo

Bakı metrosunda qatarda problem yarandı, sərnişinlər düşürüldü

Bakı metrosunda qatarda problem yarandı, sərnişinlər düşürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı metrosunda qatarda nasazlıq yarandığına görə sərnişinlər "28 May" stansiyasında düşürülüb.

Sfera.az xəbər verir ki, hadisə bu gün səhər 07:30 radələrində "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarda qeydə alınıb.

Qatar "İçərişəhər" stansiyasına, oradan da depoya boş gedib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib:

"Hadisə bu gün saat 07:26-da baş verib. Dərhal həmin xəttə iki qatar buraxılıb. Onlardan biri ehtiyat qatar olub. Hazırda hərəkət qrafik üzrə davam edir. İlkin yoxlamalar nəticəsində nasazlıq aşkar edildiyi ehtimal edilən qatarın istismara tam hazır olduğu müəyyən edilib və bu səbəbdən də həmin qatar da xəttə buraxılacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR