Logo

"İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır" - Əli Həsənov

"İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır" - Əli Həsənov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan dövləti irəli sürüb.
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zaman deyib. Ə.Həsənov qeyd edib ki, İƏT-in Tehran toplantısında çıxış etdim və təklif irəli sürdüm ki, Azərbaycan dövləti bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə hazırdır, təşkilatın gələcək katibliyinin Bakıda yerləşdirilməsinə də biz hazırıq: "İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır.

Bugünkü konfransdan sonra konfransın niyyət protokolunu, konfrans iştirakçıları adından müraciəti İƏT-in katibliyinə göndərəcəyik, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlayacağıq. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosasiyanın ilk təsis konfransını keçirək və onun katibliyini yaradaq".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR