Göyçayda sahibkarlar şikayətçidir: Prezidentin tövsiyələri eşidilmir?

Göyçayda sahibkarlar şikayətçidir: Prezidentin tövsiyələri eşidilmir?

Son vaxtlar Göyçay rayonunda sahibkarlar şantaja məruz qalırlar.

 

Sfera.az-a daxil olan məlumata görə, rayonda vətəndaşların hüquq müdafiəçisi rolunda çıxış etməli olan hüquq mühafizə orqanlarından birinin rəhbəri reket blogerlərdən biri ilə əlbir olaraq yerli sahibkarlar haqqında iftira xarakterli yazı dərc etdirir.

 

Reallıqdan uzaq olan bu yazılar yayımlandıqdan sonra isə aidiyyatı orqanlar tərəfindən "araşdırma" aparılır.

 


Yayımlanan absurd materialların real olduğunu nümayiş etdirmək üçün, eləcə də sahibkarların işinin çətinləşdirilməsi niyyəti ilə həmin hüquq mühafizə orqanları hətta yerli icra hakimiyyəti orqanının nümayəndələrinə də təzyiq göstərməkdən çəkinmir.

 

Bu isə öz növbəsində yerli sahibkarların haqlı narazılığına səbəb olur və iş əmsalına ciddi şəkildə təsir edir. 

 

Bir neçə ay öncə Göyçaya yeni icra hakimiyyəti başçısının təyin edilməsi bu reketçiliyə son qoyulması ümidini yaradıb. Sahibkarlar inanırlar və gözləyirlər ki, ən qısa müddətdə əmlaklarının mənimsənilməsinin önü alınacaq.

 

Əks halda bu narazılıq dövlət başçısı tərəfindən aparılan islahatlara kölgə salır. Bu qeyri leqal təqibə isə heç bir məmur don geyindirə bilməz.

 

Prezident İlham Əliyev dəfələrlə ölkədə sahibkarlığın inkişafının prioritet məsələ olduğunu deyərək, müxtəlif islahatlarla sahibkarlara dəstəyini ifadə edib.

 


P.S. Etik prinsiplərə görə ( şəxsi razılıq olmadığı üçün - red)  yayımlanan materialda sahibkarların və təqsirləndirilən şəxslərin adları göstərilməyib.

 

Prosesi nəzarətdə saxlayacağıq.

 

Orxan


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...