Nərminin atası İlkinin ailəsindən şikayətləndi: “Allaha and olsun ki, elə bir şey olsa…”

Nərminin atası İlkinin ailəsindən şikayətləndi: “Allaha and olsun ki, elə bir şey olsa…”

10 yaşlı Nərmin Quliyevanın qətlinin təfərrüatları ilə bağlı mərhumun atası Şərif Quliyev  “Sherg.az”-ın suallarını cavablandırıb.

 

Sfera.az müsahibəni təqdim edir:

 

İddialar var ki, “Nərmin işi”ndə Tovuzdakı yüksək rütbəli məmurlardan birinin “əli” var və onun sizə təzyiqinə görə məsələnin üstü açılmır?

 

– Allaha and olsun ki, heç bir məmur mənə təzyiq göstərmir. Kimisə də görməmişəm. Əgər elə bir şey olsa, aidiyyəti qurumlara xəbər verərdim.

 

Bəziləri hadisədə orqan mafiyasının izi olduğunu düşünür. Razısınızmı?

 

– Ortada heç bir orqan mafiyasından söhbət gedə bilməz. Əgər belə bir şey olsa idi, tibbi ekspertiza zamanı üzə çıxardı və deyərdilər ki, orqanlarından hansısa əskikdir.

 

– İş necə aparılır, məhkəmə prosesi gedirmi?

 

– Bir ay idi ki, məkhəmə yox idi. Amma sabah saat 4 də Gəncə Ağır Cinayətlər Məhkəməsində yenə iclas olacaq.

 

– İctimaiyyətdə qatilin İlkin Süleymanov olmadığına dair qənaət var. Siz necə düşünürsünüz?

 

-Biz kimik ki, burada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq işləyib. Bu adamın özünün də etiraf videosu var. Düzdür, həmin 45 dəqiqəlik video ictimaiyətə təqdim edilməyib. Mənim yerimə olsalar, nəyə və kimə inanardılar? Guya bunlar mənim uşağıma məndən çox yanırlar. Əgər belə idisə, ona şər ataraq hamilə olub, yaxud başqa uşaqdır deməzdilər. İşin üstündə həm polis, həm də psixoloqlar işləyiblər. Ona görə də mən İlkinin qatil olduğunu düşünürəm.

 

Belə bir rəy formalaşıb ki, mətbuatdan qaçırsınız…

 

-Bəzi kanallar var ki, tərəf tuturlar. Sözümü deməyə imkan yaratmırlar. Mənə sual verib, amma Süleymanovların tərəfini saxlayırlar. Heç vaxt mətbuatdan qaçmıram. Nə zaman lazım olsa, məlumat verməyə hazıram.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...