Ötən ay Azərbaycana hansı ölkələrdən turistlər gəlib? - SİYAHI

Ötən ay Azərbaycana hansı ölkələrdən turistlər gəlib? - SİYAHI

Ötən ay Ukraynadan Azərbaycana 2 193 nəfər gəlib.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

 

Rusiya isə turist sayına görə, Ukraynanı geridə qoyub. Belə ki, dekabrda ölkəmizə Rusiyadan səfər edənlərin sayı 42 736 nəfər olub.

 

Ümumilikdə isə ötən il Azərbaycana 1 602 600 əcnəbi gəlib. Bu say 2021-ci illə müqayisədə 103 faiz daha çoxdur. 

 

Ötən ay ölkəmizə ümumilikdə 143 814 nəfər səfər edib ki, onların da arasında üstünlüyü qeyd etdiyimiz kimi Rusiyadan gələn turistlər təşkil edib. Siyahıda növbəti yerləri Türkiyə, İran, Gürcüstün, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna və Türkmənistan tutub.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR