Vəkilin ofisindən oğurluq edildi: Vilayət Eyvazov xüsusi GÖSTƏRİŞ VERDİ

Vəkilin ofisindən oğurluq edildi: Vilayət Eyvazov xüsusi GÖSTƏRİŞ VERDİ

"Bir müddət bundan öncə ofisimizdə oğurluq hadisəsi baş vermişdi və mən də daxil olmaqla 5 hüquqşünas əməkdaşımızın noutbukları oğurlanmışdı. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verdim, həmçinin Vəkillər Kollegiyasını da məsələdən xəbərdar etdim. Bundan sonra isə hörmətli sədrimiz cənab Anar Bağırov müraciətimi şəxsən Daxili İşlər Nazirliyinin rəhbərliyinə yönləndirdi və öz növbəsində daxili işlər naziri cənab Vilayət Eyvazov da müraciətə şəxsən xüsusi diqqət göstərərək müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı göstərişlərini verməklə məsələni nəzarətində saxladı".

 

Sfera.az xəbər verir ki, bunu vəkil Vurğun Quliyev bildirib.

 

Onun sözlərinə görə, qısa müddət sonra polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti törətmiş şəxs tutularaq istintaqa təhvil verilib.

 

Vəkil göstərilən diqqətə görə DİN və Vəkillər Kollegiyasının rəhbərliyinə təşəkkür edib.

 

"Bütün bu proseslər vəkillərin peşə bayramı - "Vəkil günü", həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən, cənab nazir bu diqqəti ilə kifayətlənməyərək öz adından ayrıca bayramımızı da təbrik etməklə məni və digər əməkdaşlarımızı növbəti dəfə qürurlandırdı. Baş verənlərin mənim 30 illik yubileyim ərəfəsinə təsadüf etdiyini də nəzərə alsaq, düşünürəm ki, sevincimin iki qat olduğunu təsəvvür etmək çətin olmaz. Bir vəkil kimi cənab nazirdən, həmçinin Nazirliyin digər əməkdaşlarından belə diqqət və qayğı görməyimiz hesab edirəm ki, başda cənab nazir olmaqla, adıçəkilən qurumun vəkilliyə və Vəkillər Kollegiyasına göstərdiyi yüksək hörmətin təzahürü olmaqla yanaşı, möhtərəm Prezidentimizin vəkillik institutunun inkişafı istiqamətində apardığı siyasətinin məntiqi davamıdır. Azərbaycan vəkilliyinə belə bir dəyərin verilməsində əməyi keçən bütün həmkarlarımıza, başda isə hörmətli sədrimiz cənab Anar Bağırova öz səmimi minnətdarlıqlarımı bildirirəm! Sədrimizə yorulmaz və fədakar fəaliyyətində uğurlar arzulayıram!", - deyə V.Quliyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...