Logo

Hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA: "Soyuq Sibir antisiklonu..."

Hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA: "Soyuq Sibir antisiklonu..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib.

Bunu Sfera.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb", - U.Tağıyeva deyib.

O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR