Naxçıvanda reyestrə düşməyən turizm şirkətləri cərimələnəcək

Naxçıvanda reyestrə düşməyən turizm şirkətləri cərimələnəcək

Naxçıvan MR-da turizm şirkətlərinin reyestrinə düşməyən kommersiya qurumları cərimələnəcək.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında muxtar respublikanın Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli bildirib.

 

“Hazırda Naxçıvanda 20-yə qədər qeydiyyatda olan turoperator fəaliyyət göstərir. Sözsüz ki, qeydiyyatsız işləyənlər də var. Çünki onların fəaliyyəti üçün hansısa xüsusi lisenziya tələb olunmur. Ötən il qəbul edilmiş “Turizm haqqında qanun”a əsasən, turoperatorlar və turagentlərin reystrə daxil edilməsi mexanizmi hazırlanır. Həmin mexanizm hazır olandan sonra artıq biz də burada bu istiqamətdə işlərimizi görəcəyik. Reyestrə düşməyən şirkətlər cərimələnəcək”, - deyə o qeyd edib.

 

R.Rəhimlinin sözlərinə görə, hazırda Naxçıvanda tur şirkətlərinin və digər turizm subyektlərinin lisenziyalaşdırılması ilə balı işlər görülmür: “Çünki qanunvericilik buna icazə vermir. Biz bir çox hallarda həm turizm subyektlərinin özündən, həm bu xidmətlərdən istifadə edən vətəndaşlardan, həm də turizm şirkətlərindən ciddi şikayətləri, narazılıqları qəbul edirik. Əvvəllər turagentlərə və turoperatorlara dövlət qurumu lisenziya verirdi. Amma bu gün həmin lisenziya verilmir. Hər hansı fiziki şəxs gedib VÖEN açdırmaqla bu xidməti göstərə bilir. Ona görə də ortaya qeyri-peşəkar şəxslər çıxır.

 

Hazırkı mərhələdə bizim tövsiyəmiz ondan ibarətdir ki, bu cür turlarda iştirak etmək istəyənlər mütləq mənada turizm departamentinə yaxud bizim tabeliyimizdə olan Turizm İnformasiya Mərkəzinə müraciət edib həmin şirkətlərin siyahısını bizdən əldə etsinlər. Hansı ki, peşəkarlar dəvət olunaraq onlara xüsusi kurslar keçirilib və bu kursları uğurla başa vuranlara bələdçi sertifikatı verilib. Hesab edirəm ki, insanlar turları həmin şəxslərin bələdçiliyi ilə həyata keçirsələr həm keyfiyyət, həm qiymət, həm də təhlükəsizlik baxımından razı qalacaqlar”.


OXŞAR XƏBƏRLƏR

3 bürcü bu gün sürpriz gözləyir - ULDUZ FALI

14 May 2025 tarixində ulduzlar və planetlərin hərəkətləri bir sıra bürclər üçün xüsusi enerjilər və imkanlar vəd edir.    Sfera.az günlük qorosk...

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...