Məsciddə sevgililəri belə cəzalandırdılar - FOTOLAR Kateqoriya məlum deyil31.12.2015 11:27A−AA+Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə olİndoneziyada iki gənc, evlilik öncəsi cinsi əlaqədə olduqları üçün qırmanclanıb. Bizimyol.info xəbər verir ki, İndoneziyanın şəriət qaydaları ilə idarə edilən tək vilayəti olan Açenin "Banda Açe" şəhərində cinsi əlaqədə olduqları üçün 23 yaşlı Vahyudi Saputra və 20 yaşlı Nur Elita adlı gənclərə qırmanc cəzası verilib. Gənclərə hind qamışından hazırlanan sopalarla vurulub. "Baiturrahim" məscidində keçirilən qamçı cəzasından sonra Nur Elita, təcili tibbi yardımla xəstəxanaya aparılıb. Qeyd edək ki, "günahkarlar" qırmanclanmaq üçün səhnəyə gətirilərkən, mərasimi izləyənlər alqışlarla bu qərara dəstək verdiklərini bildiriblər. Banda Açe şəhərinin bələdiyyə başçısı isə verilən bu cəzalardan hər kəsin dərs almasının vacib olduğunu bildirib. Sevgililər qırmanclandıqdan sonra daha 4 nəfərə, qumar oynadıqları üçün cəza verilib.PAYLAŞ