Yollarda can alan qəzaların günahkarı kimdir? – AÇIQLAMA

Yollarda can alan qəzaların günahkarı kimdir? – AÇIQLAMA

“Bayram günlərində yenə də yollarımızda xeyli itkilər oldu. Əksəriyyət bunun səbəblərini insan amili ilə bağlayır - hər şeyin günahkarı hərəkət iştirakçıları - sürücülər, piyadalar, sərnişinlər və s. hesab edilir. Əslində isə bu yol qırğınlarının dəyişilməz olaraq qalmasının, hətta bəzən artmasının kökündə həm də bu səhv yanaşma dayanır”.

 

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

 

O qeyd edib ki, günahı hərəkət iştirakçılarında axtarmaq kökündən yanlışdır:

 

“Hətta bunu hələ 1998-ci ildə qəbul edilən qanun da deyir. “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsiplərindən biri belədir: Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü. Burada dövlət dedikdə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi sistemini qurmalı, idarə etməli və ona nəzarət etməli olan orqan və qurumlar başa düşülür. Ona görə də hər şeyi sürücünün, piyadanın, sərnişinin, moped sürənin üzərinə yükləmək doğru deyil”.

 

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin,  xeyli məsələrədə yerli icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizliyini idarəetmə sistemi olmalı və real işləməlidir:

 

“Əks təqdirdə, heç bir irəliləyiş ola bilməz. Vəziyyətdən çıxış yollları da qanunvericilikdə əksini tapıb. Artıq beşinci ildir ki, Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilib. Proqramda əsas addımlar - peşəkar və təhlükəsiz sürücülərin yetişdirilməsi, hərəkət iştirakçılarının intizamlı və məsuliyyətli davranışına nail olunması, avtoparkın yenilənməsi, küçələrin işıqlandırılması, hərəkətin təşkilinə müasir yanaşma və s. təsbit olunub. Onları icra etmək isə hələ ki, yada düşmür”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...