Müxtəlif xalqlar, mədəniyyətlər bir arada... - Azərbaycanda multikulturalizm hansı səviyyədədir?

Müxtəlif xalqlar, mədəniyyətlər bir arada... - Azərbaycanda multikulturalizm hansı səviyyədədir?

Bir ölkədə birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı dini və milli tolerantlığın olmasıdır.

 

Bu mənada multikultarilizmin Azərbaycanda qədim köklərə sahib olduğunu desək, yanılmarıq. Milli dəyərlərimizdə xüsusi yer tutan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilməkdədir. Başqasının mədəniyyətinə, adət-ənənələrinə, dilinə, dünyagörüşünə, dini inancına hörmət etmək yüksək insani keyfiyyətdir. Bu, həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.

 

Azərbaycanda din…

 

Azərbaycanın din sahəsində apardığı siyasət də cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Ölkəmizdə tolerantlıq, multikulturalizm, eyni zamanda dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Bu xüsusda qeyd edə bilərik ki, Bakı son illərdə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.

 

Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

 

Bundan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə illərdir ki, nüfuzlu təşkilatlarla, o cümlədən BMT, İSESKO və ATƏT kimi bir sıra qurumlarla da yaxından əməkdaşlıq edir.

 

Azərbaycanda multikulturalizm…

 

Bu gün Azərbaycanda mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, dünyada tanınan multicultural bir əraziyə çevirib. Belə ki, Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkələrdən biri hesab olunur. Bu mənada Azərbaycanda müxtəlif xalqaların nümayəndələri problemsiz şəkildə, sağlam münasibətlərin hökm sürdüyü bir mühitdə yaşaya bilir. Xüsusilə qeyd etmək mümkündür ki, ölkəmizdə multikultiralizmin təməli illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun təkrar hakimiyyətə qayıdışı ilə ölkəmizdəki bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsi bunun əsas göstəricisidir. Bu səbəblə də həmin dövrlərdən etibarən bugünə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.

 

Əzizə Zeynal 

 

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 


OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...