Bakıda evdə 4 meyitin tapılması ilə bağlı Baş Prokurorluq MƏLUMAT YAYDI

Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfərin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.
Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.