"Səhhətim əladır, özümü qoz kimi hiss edirəm" - Abid Şərifov

Bir çox tanınmış insanların Yeni ili harada qeyd etməsi həmişə cəmiyyətdə müzakirə mövzusu olub.

 

Sfera.az-ın məlumatına görə,  Baş nazirinin keçmiş müavini Abid Şərifov manşet.az-a bayramı harada qeyd etməsi ilə bağlı açıqlama verib.

 

Abid Şərifov Yeni ili xüsusi qeyd etmədiyini bildirib.

 

"Yeni ilə görə xüsusi olaraq harasa getməmişik. Bu yaşda hara gedəcəm ki. Bakıda olmuşam, ailəmlə nəvələrimlə birlikdə qeyd etmişik. Şəkiyə də gedə bilmədim. Bir az işlərim var idi. Səhhətim də əladır, özümü qoz kimi hiss edirəm".


OXŞAR XƏBƏRLƏR