DİN-dən ƏMƏLİYYAT: Transmilli cinayətkar dəstənin üzvü tutuldu - VİDEO

DİN-dən ƏMƏLİYYAT: Transmilli cinayətkar dəstənin üzvü tutuldu - VİDEO

Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera-az.a verilən məlumata görə, bununla bağlı xüsusi əməliyyat keçirilib. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirlmiş əməliyyat zamanı Fərhad Əliyev tutulub. Onun üzərindən 28 kiloqrama yaxın həşiş və bank kartı aşkar olunub.

 

İlkin sorğu zamanı Fərhad Əliyev narkotiki sosial şəbəkələrin birində tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiyaya göndərmək olub. Araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu  sübuta yetirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...

"Yoldaş Putin, İstanbula gedin" -Braziliya Prezidenti

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar masasına əyləşməyə ...