Məktəbli qız qəfil vəfat etdi - FOTO

Cəmiyyət
15:28 / 05.01.2023
14198
Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbin VIII sinif şagirdi Hüseynova Nərgiz Oqtay qızı qəfil vəfat edib.
Belə ki, 14 yaşlı Nərgizin anası işdən evə qayıdanda onun dünyasını dəyişdiyini görüb.
Məlumata görə, N. Hüseynova bir neçə il əvvəl beyin əməliyyatı keçirib. Hadisə baş verən gün o, evdə tək olarkən gözlənilmədən təzyiqi qalxıb və həyatını itirib.
Qafqazinfo