Logo

Bayramda Bakı metrosu gecə saatlarınadək işləyəcək

Bayramda Bakı metrosu gecə saatlarınadək işləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Metropoliteni dekabrın 31-də gecə saat 01:00-dək işləyəcək. Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bayram günlərində Metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.

"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Metropoliten saat 01:00-dək, ehtiyac yaranarsa, daha da artıq işləyəcək. Çünki adətən, Milli Parkda keçirilən atəşfəşanlığı izləyənlərin sayı çox olur və sərnişinlər əsasən metrodan istifadəyə üstünlük verirlər", - deyə N.Paşayev əlavə edib.

Qeyd edək ki, adi günlərdə Bakı metrosu saat 06:00-dan 00:00-dək işləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR