Logo

Azərbaycanda ağır qəza - Bir ölü, iki yaralı

Azərbaycanda ağır qəza - Bir ölü, iki yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov dünyasını dəyişib.

Xəsarət alan 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahovun vəziyyəti isə orta-kafi qiymətləndirilir.(Manset.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR