Azərbaycanda unikal əməliyyat - 5 yaşlı İlkinin gözləri işığa qovuşdu - VİDEO
Kateqoriya məlum deyil
Bütün əməliyyat qrupu 5 yaşlı İlkin üçün səfərbər olmuşdu. Kimi onu sakitləşdirmək üçün şirniyyat vəd edir, kimisi də şəkil çəkdirəcəyi ilə ovudurdu.
İlkin ptoz xəstəliyindən əziyyət çəkir. Bu cür xəstələrdə üst göz qapağı sallanır, xəstə gözünü tam bağlaya bilmir, göz qızarır, quruyur, tez yorulur, tez-tez iltihablaşır. Xəstə gözdə çəpgözlük, ambliopiya inkişaf edir, görməsi zəifləyir, tədricən tam itir.
Beləliklə, əməliyyat başladı və bir qədər vaxt aparsa da, hər şey uğurla başa çatdı. 5 yaşlı İlkin bir müddət sonra digər həmyaşıdları kimi sağlam gözlərə sahib olacaq.
Atv.az //
Sfera.az






