Logo

Bayram günlərində Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq?

Bayram günlərində Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bayram günlərində Şuşa, Kəlbəcər və Laçında müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, Şuşa, Kəlbəcər, Laçında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtdan 2°-dək isti, axşam 3° şaxta olacaq.

Dekabrın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtdan 4°-dək isti olacaq.

Yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 3-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR