Logo

"Ekonom klassla 1050 manata bilet olar?" - Tolik "AZAL"-dan şikayət etdi

"Ekonom klassla 1050 manata bilet olar?" - Tolik "AZAL"-dan şikayət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Hava Yollarının rəhbərliyinə müraciət edirəm. Sabah ayın 30-u İstanbula gedib, yanvarın 4-ü qayıtmaq istəyirdim. Baxdım ki, ekonom klassla biletin qiyməti 1050 manatdır".

Sfera.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) aparıcılığını etdiyi "Ümid ilə gəl" proqramında deyib. O, "AZAL"ın bilet qiymətlərinin baha olmasından şikayət edib:

"Avropada bir ölkədən digərinə uçuş 29-30 avrodur. "Buta"nı da yalandan açmısınız, 6 ay qabaq biletlər satılır. Bu qiymətə xaricdə biznes klassda uçurlar. Ekonom klassla 1050 manata bilet olar? "AZAL" rəhbərliyi, bu nə deməkdir ki? 4-5 il bundan qabaq 900 manata buradan Nyu-Yorka uçub qayıdırdım. Hörmətli Cahangir müəllim, bu qiymətə bilet olmaz. Hava limanına girmək olmur. Bir suyun qiyməti 5 manatdır. Başa düşürəm, dünya ölkələrində də belədir. Amma bura Azərbaycandır, insanları incitmək olmaz. Turizm agentliklərinə lisenziyanı verirsiniz, belə dələduzluq olar? Günə Bakıdan İstanbula 5-6 reys olur".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR