Biləsuvarda yol qəzasında iki qadın xəsarət aldı
Kateqoriya məlum deyil
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü S.Süleymanova və 1975-ci il təvəllüdlü Ə.Hüseynova xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






