Gender bərabərsizliyi – Acı reallıqlar və çıxış yolları

Gender bərabərsizliyi – Acı reallıqlar və çıxış yolları

Gender bərabərsizliyi çox qədim dövrlərdən günümüzə qədər aktuallığını qoruyub saxlayıb. Bununla yanaşı, dünyada gender bərabərsizliyinin getdikcə azaldığını iddia edənlər də var. Bu optimist düşüncənin mövcudluğunun əsas səbəbi günümüzdəki mövcud trendlərin hər zaman var olmayacağı faktıdır.

Hazırda bir çox ölkələrdə qadınlara qarşı ayrıseçkiliklə bağlı faktlarla iş yerində, ailədə, həyatın istənilən sahəsində qarşılaşmaq mümkündür.

 

İş sahəsində gender bərabərsizliyi təşkilati strukturlarda, proseslərdə və təcrübələrdə görünə bilən mürəkkəb bir fenomendir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, dünya miqyasında orta hesabla qadınlar kişilərdən təxminən 20 faiz az maaş alırlar.

 

Maaş fərqinin bir hissəsi təhsil, iş vaxtı, peşə seqreqasiyası, bacarıq və ya təcrübə kimi fərdi xüsusiyyətlərlə izah edilsə də, BƏT iddia edir ki, böyük bir hissəsi cinsə qarşı olan ayrı-seçkilikdən qaynaqlanır.

 

Qadınlar COVID-19 pandemiyasından da gender bölgüsü baxımından ən çox təsirlənənlər arasındadır. Bu təsirlərə qadının gəlirinin azlığı və ailədə qadının üzərinə düşən məsuliyyətin artması daxildir.

 

BMT-nin məlumatına görə, Cənubi Asiya və Sub-Sahara Afrikasında 18 yaşına qədər olan gənc qadınların 40 faizi evlidir.

 

Gender bərabərsizliyinin  ən geniş yayılıdığı ərazilərdən biri də Yaxın Şərqdir. Yaxın Şərq ölkələrinin əksəriyyətində ölkələr dini ideallarla idarə olunur və gender bərabərsizliyi adiləşmiş mövzulardandır. Kişilər adətən üstün görüldükləri üçün arvadlarını asanlıqla və hətta sadəcə şifahi imtina yolu ilə boşaya bilərlər. Qadınlar isə daha çox problemlərlə üzləşirlər. Livanda zorakılığa məruz qalan qadınların şahid ifadə vermək istəmədiyi təqdirdə boşanmaq üçün ərizə vermək hüququ belə yoxdur.

 

İsrail, İran, Tunis və Misirin bəzi ölkələri istisna olmaqla, Yaxın Şərqdə qadınların öz övladlarına vətəndaşlıq vermək hüququ yoxdur, kişilər isə vətəndaşlığı təkcə uşaqlarına deyil, həm də xarici ölkə vətəndaşı olan arvadlarına ötürmək imkanına da malikdirlər.

 

Uşaqları olan ailələrdə qaınların 85 %-dən çoxu azı 1 saat uşaqları ilə məşğul olduğu halda bu rəqəm kişilərin 60 %-dən daha azına aid edilir.

 

Qadınların günəlik olaraq qarşılaşdığı  şiddətin bir çox növləri var. Əsas növləri isə məişət və ailə zorakılığı, cinsi təcavüzdür.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 25 noyabr tarixini Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü kimi təyin edib.  Günün əsas məqsədi bütün dünyada qadınların təcavüzə, məişət zorakılığına və digər zorakılıq formalarına məruz qalması barədə məlumatlılığın artırılmasıdır.

 

Nəzrin

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...