Logo

Avtomobillərin qiyməti bu vaxtdan sonra dəyişə bilər – AÇIQLAMA

Avtomobillərin qiyməti bu vaxtdan sonra dəyişə bilər – AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Xaricdən idxal edilən avtomobillərdə bahalaşma müşahidə edilir”.

Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Cəfər bildirib. Ekspertin sözlərinə görə, bahalaşmanın əsas səbəbi qlobal məsələlərdən irəli gəlir:

“İstehsalçılar qiymətləri qaldırıblar və bununla da ehtiyat hissələrinin sayında azalma yaranıb. Daşınma, logistika sahəsində də xidmətlərin qiymətin artdığını nəzərə alsaq, avtomobillərin də qiyməti yüksəlir. Ölkəmizə idxal olunan mühərrik həcmi böyük olan avtomobillərə tətbiq olunan aksiz vergisi artıb. Bu da istər- istəməz istehsalçıların qiymətləri yüksəltməsi ilə nəticələnib. Bazarda ümumi bahalaşma 10 faiz və bir qədər çox olmaqla müşahidə edilməkdədir”.

Ekspert qiymətlərin dəyişməsi məsələsinə də aydınlıq gətirib:

“Qiymətlərin aşağı düşmə ehtimalı hələ ki, yoxdur, lakin yaxın aylarda avtomobillərin bahalaşması da gözlənilmir. Bir neçə ay bazarda qiymətlər stabil olaraq qalacaq. Yaz aylarından sonra isə qiymətlərdə dəyişikliyin olması gözlənilə bilər”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR