Logo

Saatlıda dovşan ovlayanlar saxlanıldı

Saatlıda dovşan ovlayanlar saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR