Vasif Məhərrəmli bacısını evdən qovub - "Dedi, bizə lazım deyilsən" - VİDEO

Vasif Məhərrəmli bacısını evdən qovub -

Əməkdar artist Vasif Məhərrəmli ilə uzun illər onunla yaşayan bacısı Leyla arasında dava düşüb. 

 

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bacısını evdən qovub. Məsələni araşdırmaq üçün sayt Leyla xanımla əlaqə saxlayıb.


O, açıqlamasında bildirdi ki, artıq iki ildir qardaşı ilə danışmır və tək yaşayır:


"Vasif qardaşım idi... Bunu gizlətməyəcəyəm, onsuz xəbər bir yerdən çıxacaq. Bilən də bilir bunu... Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq sən bizə lazım deyilsən. Onlarla heç bir əlaqəm yoxdur. Hər qayğısını çəkdim, evləndirdim, övladı oldu. 


Onunla görüşmək istəyim də yoxdur. Nankor adamdan nə gözləyim? İnsan təkdirsə, onu heç bir maddiyat rahatlata bilməz 
(ağlayır). Ömrümün çoxunu, bütün həyatımı onlara həsr etdim".


Leyla xanım əlavə edib ki, V.Məhərrəmlinin övladları da onunla danışmır:


"Qız anasız qalanda 1 yaş 2 aylıq idi, 35 yaşında idim. Həyatımı ona həsr etdim, baxıcı belə tutmadım. Karyeramı, həyatımı, sənətimi qurban verdim. Heç qızla da əlaqəm yoxdur. Özüm Bakıda qalıram, evim var. İşləyirdim, qıza görə işdən çıxdım. Onun hazırlıqları, məktəbi, universitetə daxil olması ilə məşğul idim. Bütün fikrim ona yönəlmişdi, böyüdürdüm". 


Sayt məsələ ilə bağlı Vasif Məhərrəmlidən açıqlama almağa çalışsa da, zənglərə cavab verilməyib. 


Qeyd edək ki, Leyla illər əvvəl açıqlamasından birində Vasif Məhərrəmliyə və qızına görə ailə qurmadığını demişdi.
 

 


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...