"Əmlak sahəsindəki problemlər 2023-cü ilə ötürülür" - Ekspertdən ETİRAZ

“Ölkənin daşınmaz əmlak sahəsində bu illər ərzində yaxşılaşmaya doğru heç bir addım atılmayıb”.

 

Sfera.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

 

O, daşınmaz əmlak sahəsindəki problemli hallardan danışıb:


“2022-ci ilin bitməsinə sayılı günlər qalıb. 2020-ci ildə 28 illik Qarabağ problemi müharibə yolu ilə öz həllini tapdı və işğal olunmuş torpaqlarımız geri qaytarıldı. Öz vəzifə borcunundan sui-istifadə edən çox sayda məmurlar vəzifələrindən azad edildilər. Hətta daha qlobal problemlər belə həll olundu. Amma ölkənin daşınmaz əmlak sahəsində bu illər ərzində yaxşılaşmaya doğru heç bir addım atılmadı. Yüz minlərlə çıxarışsız əmlaklar, MTK-lardan zərər görmüş minlərlə vətəndaş, sənədləşmə proseslərindəki boşluqlar, torpaqların təyinat bölgüsündəki problemlər, tələbələrin yataqxana problemi, dövlət büdcəsinin boşluqlar səbəbindən bu sektordan əldə edə bilmədiyi milyonlarla vəsait, alt-üst olunmuş tikinti və şəhərsalma normativləri və saymaqla bitməyən çox sayda məsələlər bu uzun illər ərzində öz həllini tapa bilmədi”. 

    
Ekspert mövcud problemlərin növbəti ilə ötürüldüyünü qeyd edib:

 

“Demək ki, bu problemin həlli ya Qarabağ problemindən də qlobal bir problemdir, ya da ki, bu sahəni düzəltmək istəmirlər. Nə qədər düşünsəm də ağlıma 3-cü versiya gəlmədi. Beləcə ölkənin daşınmaz əmlak sahəsindəki problemləri olduğu kimi 2022-ci ildən 2023-cü ilə ötürürük”. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...