Azərbaycanda məmurun masasını acımış xəmirlə doldurdular - VİDEO

Azərbaycanda məmurun masasını acımış xəmirlə doldurdular - VİDEO

Salyan rayonunda işıq problemi ilə üzləşən sahibkar qeyri-adi üsulla etirazını bildirib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, çörəkbişirmə sexinin sahibi iddia edib ki, “Azərişığ”ın Salyandakı idarəsi onlara xəbərdarlıq etmədən işıqlarını kəsib:

 

“Yeddinci dəfədir ki, xəmir atırıq. Materiallarımız xarab olub. İşçilərin pullarını ödəyə bilmirik. Yüzlərlə çörəyimiz əlimizdə qalıb. Artıq təngə gəlmişik. Ən azı, öncədən bizə xəbər verməli idilər. Lakin heç bir məlumat verən yoxdur”.

 

Etiraz edən sahibkar özü ilə gətirdiyi xəmirlə dolu siniləri idarədə masanın üzərinə düzüb:

 

“Bunlara baxıb bilsin ki, biz nə vəziyyətdəyik. İşıqpulunu bir gün gecikdirən kimi zəng edirlər. Biz gecikdirmədən ayda 800 manat pul ödəyirik. Lakin bunlar bizə xəbər vermədən işığı kəsirlər. Problemimizə baxan yoxdur”.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...