“Azərbaycanda əvvəl-axır din fənni tədris olunacaq” – Deputatdan AÇIQLAMA

“Azərbaycanda əvvəl-axır din fənni tədris olunacaq” – Deputatdan AÇIQLAMA

Məktəblərdə dinlə bağlı fənnin tədris olunması təklifi hələ də müzakirə mövzusu olaraq qalır. Təkliflə bağlı etirazlar isə səngimir.

Sfera.az-ın məlumatına görə, mövzuyla bağlı fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, sözügedən müzakirə Azərbaycanda uzun müddətdir, gedir:

 

“Bir məsələyə yenidən aydınlıq gətirmək lazımdır. Söhbət orta məktəbdə dinin tədrisindən deyil, dinlər haqqında məlumatların verilməsindən gedir. Bu fənnin tədrisində əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimiz haqqında məlumatların verilməsi və onların gələcəkdə zərərli təsirlərdən qorunmasıdır. Nədənsə cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycan İlahiyyat İnstitutunda yalnız islam elmləri tədris olunur. Əslində isə İlahiyyat İnstitutnda tələbələrə digər dinlər də tədris olunur. Gələcəkdə orta məktəblərdə din haqqında bilgiləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri verə bilərlər”.

 

Millət vəkilinin sözlərinə görə, gec-tez bir çox ölkələrdə olduğu kimi Azərbaycanda bu fənn tədris olunacaq: “Nə qədər gec deyil, bu prosesə başlamalıyıq. İlkin mərhələdə bu fənnin tədrisinə pilot layihə şəklində də başlamaq olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...