Logo

Millət vəkilinin qardaşı kliniki ölüm keçirdi - FOTO

Millət vəkilinin qardaşı kliniki ölüm keçirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib. Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.

Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.

Millət vəkilinin qardaşı kliniki ölüm keçirdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR