Azərbaycan incəsənətinə AĞIR İTKİ - FOTO

Azərbaycan incəsənətinə AĞIR İTKİ - FOTO
Kateqoriya məlum deyil
T

Bu gün Azərbaycan incəsənətinə ağır itki üz verib.

 

Sfera.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Opera və Balet teatrının sabiq baş dirijoru Kazım Əlivərdibəyov 88 yaşında dünyasının dəyişib.

 

Professor Kazım Əlivərdibəyov 27 noyabr 1934-cü ildə Bakı şəhərində ziyalı, Azərbaycan musiqişünası, muğam üzrə ilk müəllim, "Muğam" kitabının müəllifi, Ağalar bəy Əlivərdibəyovun ailəsində dünyaya göz açıb.

 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında davam etdirib. Teatrda çalışmaqla yanaşı, 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının Opera hazırlığı və xor dirijorluq fakültəsində dirijorluqdan dərs deməyə başlayıb.

 

1985-ci ildə konservatoriyada, çalışdığı fakültədə kafedra müdiri vəzifəsinə təyin olunub.

 

Üç il sonra Azarbaycan Dövlət Opera va Balet Teatrının baş dirijorluğu ona həvalə edilib. 1996-cı ildə qardaş Turkiyə dövlətindən dəvət gəlib. Bu tarixdən etibarən Kazım müəllim on il orada yaşayıb. İzmirdəki "9 Eylül Universiteti"ndə simfonik orkestrə rəhbərlik edib və eyni zamanda dirijorluqdan dərs deyib.

 

2006-cı ildə Bakıya qayıtdıqdan sonra yenidən Opera va Balet Teatrında fəaliyyətini davam etdirib. Eyni zamanda, Bakı Musiqi Akademiyasının opera hazırlığı kafedrasının əməkdaşı kimi tədrislə məşğul olub.

 

O vaxtdan bu günə kimi Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma va opera hazırlığı kafedrasının professoru kimi çalışırdı.

 

Kazım müəllim Əlivərdibəyov dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun dayısı oğludur, Bülbül adına orta ixtisas məktəbinin direktoru, bəstəkar Nazim Əlivərdibəyov və pianoçu Nüşabə Əlivərdibəyovun qardaşıdır.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ