Messi Natiq Cəfərlini necə işə saldı? - “Bu da onun mənə xeyri...”

Messi Natiq Cəfərlini necə işə saldı? - “Bu da onun mənə xeyri...”

REAL partiyasının icraçı katibi, tanınmış iqtisadi ekspert Natiq Cəfərli ötən gecə maşınını itirib.

Sfera.az bildirir ki, bu barədə iqtisadçı özü məlumat paylaşıb. O, hadisənin dünya çempionatına baxdığı zaman baş verdiyini deyib:

 

“Oyun bitdi, ayıq sürücü çağırdım, 1-2 bokal pivə içmişdik. Sürücü ilə maşını saxladığım yerə çatdıq, maşın yoxdur. Orada olan "stoyanşikdən" soruşdum, dedi ki, yəqin "ştrafnoya" aparıblar. "102"-yə zəng edib şikayət etdim, çünki o küçədə saxlamağı qadağan edən işərə yoxdur. Heç 3 dəqiqə keçməmiş polisdən zəng gəldi, çox ədəblə məsələni soruşdular, danışdım, dedim ki, yaxınlıqdakı bölməyə və cərimə meydançasına gedirik. Operativ şəkildə polis maşını, 3 əməkdaş ayırdılar, gəldik cərimə meydançasına - maşın orda da yoxdur. Polislər tez digər dayanacaqlarla, YPX əməkdaşları ilə əlaqə saxladılar - maşından xəbər yox. Düşündüm ki, maşını oğurlayıblar, bu da Messinin mənə xeyri.. Bəlli oldu ki, maşın o biri, paralel küçədədir”.

 

N.Cəfərli etiraf edib ki, dünənki futbol həyəcanına görə maşının yerini unudub: “Polislərdən onları məşğul etdiyimiz üçün üzr istəyib ayıq sürücü ilə evə gəldik. Bir sözlə, möhtəşəm, maraqlı, yaddaqalan final yaşadıq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...