Logo

Azərbaycanda tanınmış aktyor evində ölü tapıldı - FOTO

Azərbaycanda tanınmış aktyor evində ölü tapıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

Sfera.az-ın məlumatına görə, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O,  “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb. (Qafqazinfo)

Azərbaycanda tanınmış aktyor evində ölü tapıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR