Logo

1-ci sinifə qəbul davam edəcək

1-ci sinifə qəbul davam edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1-ci sinifə qəbul davam edəcək

Bakı şəhəri üzrə I sinfə qəbul prosesi davam edir. Bakı Şəhəri üzrə Təhsil  İdarəsindən verilən məlumata görə, I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi BŞTİ-də aparılacaq. Tədris ili başladıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə I sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub. Sentyabrın 29-na olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36354 nəfəri Azərbaycan bölməsi, 7952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR