Logo

Bu gecə Şuşa, Kəlbəcər və Laçında... - RƏSMİ AÇIQLAMA

Bu gecə Şuşa, Kəlbəcər və Laçında... - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 16-dan 17-nə keçən gecə Şuşa, Kəlbəcər və Laçında az qar yağacağı, səhərə doğru kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, dekabrın 17-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR