Logo

Vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanıldı

Vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar

Sfera.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR