“Sülhməramlıların dinc aksiyaçılar qarşısına silahla çıxması yolverilməzdir” – Şair Ramaldanov

“Sülhməramlıların dinc aksiyaçılar qarşısına silahla çıxması yolverilməzdir” – Şair Ramaldanov

Artıq 5-ci gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlılar tərəfindən etiraz aksiyası keçirilir.  Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam etdirilir.

Qeyd edək ki, aksiya iştirakçıları əlisilahlı rus sülhmərmalıları ilə üz-üzə dayanıb. Aksiyanın dinc xarakterli olduğunu nəzərə alsaq, sülhməramlıların silahlı şəkildə insanların qarşısında dayanması birmənalı qarşılanmır.

 

Ümumiyyətlə maraqlıdır, sülhməramlılar hansı hallarda silahdan istifadəyə yol verə bilərlər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov rus sülhməramlılarının xüsusi təlim görmədən Azərbaycana gətirildiyini deyib:

 

“Şuşa-Xankəndi yolunda olan heyət sülhmərmalı missiyasına hazır olmayan heyətdir. Bunu onların hərəkətləri də göstərir. Məsələn, bizim Əfqanıstanda olan sülhməramlı taborlarımıza mütəmadi olaraq trenninqlər keçirilir. Buna görə də onlar beynəlxalq normalar çərçivəsində sülhməramlı fəaliyyətinin nədən ibarət olduğunu bilirlər. Lakin Şuşa-Xankəndi yolunda olan sülhməramlılar ola bilər ki, Rusiyanın cənubi dairədəki alayıdır. Odur ki, rus sülhməramlıları tərəfindən kobud səhvlərə yol verirlər. Belə ki, əgər aksiya dincdirsə, sülhməramlılar bu aksiyanın qarşısına silahla çıxmamalıdırlar. Lakin arxada müəyyən təhlükəsizlik tədbirləri üçün onlar silahla dayana bilərlər”.

 

Ekspert sülhməramlıların qaydalara zidd şəkildə silahları hazır vəziyyətdə saxladığını sözlərinə əlavə edib:

 

“Biz hətta görürük ki, onlar nəinki avtomat, hətta pulemyot, “Kalaşnikov” silahını da hazır vəziyyətə gətiriblər. Ola bilsin ki, dinc aksiyalarda kimsə silaha əl ata, təxribat törədə bilər. Belə olan halda əlisilahlı rus əsgərindən də silahı götürüb ajiotaj yaratma ehtimalını gözə almaq lazımdır. Yəni bu cəhətdən də təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Silahlı heyət birbaşa təmasda dayana bilməz. Onlar sadəcə sülhməramlı nişanı taxıb işləri bildikləri kimi davam etdirirlər”.

 

Polkovnik sülhməramlıların silahdan istifadə etməsini zəruri edən hallardan da danışıb.

 

“Silahdan istifadəyə dair müəyyən qaydalar var. Belə ki, əgər dinc əhaliyə, yaxud rus sülhməramlılarının özlərinə silahlı basqın olarsa, o zaman həmin sülhməramlılar silahdan istifadə edə bilərlər. Digər hallarda silaha əl atmaq olmaz. Digər tərəfdən, Azərbaycan ərazisində azərbaycanlılar tərəfindən keçirilən aksiyanın məqsədi hamıya bəllidir. Daxili Qoşun nümayəndələri də oradadır və aksiya iştirakçılarının təhlükəsizliyinin qorunması üçün çalışırlar. Bu baxımdan rus sülhməramlıları heç bir halda həmin aksiyada olan şəxslərə qarşı silah işlətməməlidir”, - Ş.Ramaldanov vurğulayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...