Bakı-Quba yolunda 7 nəfərin öldüyü qəzanın necə baş verdiyi AÇIQLANDI
Kateqoriya məlum deyil
Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, idarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes Viano”nun sürücüsü və 5 sərnişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






