Bakı metrosunda cibgirlik edən şəxslər tutuldu
Kateqoriya məlum deyil
Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
"Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur. Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.






