Logo

Müdafiə nazirinin müavini təyin edilən şəxs kimdir? – DOSYE

Müdafiə nazirinin müavini təyin edilən şəxs kimdir? – DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə  Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR