Xəzərdə balıqçılar suya düşdü - Ölən var
Kateqoriya məlum deyil
Xəzər dənizində balıq tutmaq istəyən şəxs batıb.
Sfera.az-ın məlumatına görə, hadisə dənizin Xaçmaz rayon sahillərində baş verib.
Belə ki, balıq tutmaq üçün dənizə gedən 4 nəfər suya düşüb. Onlardan üçü xilas olsa da, digəri batıb. Hadisə zamanı xilas olan 3 nəfər onun meyitini sudan çıxarıb.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.






