Logo

Göyçayda 2 qadın dəm qazından zəhərləndi - Biri öldü

Göyçayda 2 qadın dəm qazından zəhərləndi - Biri öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.

Sfera.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR