Logo

Bakı-Quba yolunda AĞIR QƏZA - Ölənlər və xəsarət alanlar var + FOTOLAR

Bakı-Quba yolunda AĞIR QƏZA - Ölənlər və xəsarət alanlar var + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün səhər saatlarında Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu xəstəxanada keçinib.

Qəza nəticəsində mikroavtobusda olan Elvin adlı sərnişin də ölüb.

1978-ci il təvəllüdlü Aynurə Abbasova, 1978-ci il təvəllüdlü Səriyyə Haşımova, 1995-ci il təvəllüdlü Sübhanı Talıblı və 1998-ci il təvəllüdlü Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

09.32

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR