\"WhatsApp\"da yeni mesaj növü istifadəyə verildi

\

“WhatsApp” messencerinin istifadəçiləri oxunduqdan sonra yox olacaq mesajlar göndərmək imkanı əldə ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə "WabetaInfo" portalı məlumat yayıb.

 

Yeni funksiyaya görə mesajlar baxıldıqdan sonra silinəcək. Bu funksiyanın məqsədi istifadəçi ünsiyyətinin məxfiliyini təmin etməkdir. Mesajı ikinci dəfə oxumaq, köçürmək və ya yönləndirmək mümkün olmayacaq.

 

Söhbət panelinin yanına birdəfəlik mesaj göndərə biləcəyiniz düymə əlavə edilib. Düymədə asma kilid şəklində bir işarə var. Yeni messencer funksiyası "Android" 2.22.25.20 beta versiyası üçün "WhatsApp"da mövcuddur.

 

Bu funksiyanın messencerin digər versiyalarının sahibləri üçün nə vaxt əlçatan olacağı hələlik açıqlanmayıb. (Publika.az)


OXŞAR XƏBƏRLƏR