Həmid Herisçi İranın iki generalını müqayisə etdi

Həmid Herisçi İranın iki generalını müqayisə etdi

"Sepahın iki generalı - Əmirəli Hacizadə və Əli Fədəvi, tam əks fiqurlardır. Hacızadə Əmirəli - Azərbaycan türküdür".

Sfera.az xəbər verir ki, bunu tanınmış yazar, publisist, televiziya aparıcısı Həmid Herisçi öz feysbuk hesabında yazıb. O, sözügedən  iki generalı müqayisə edib:

 

"Hacızadə Əmirəli İranın ən uğurlu, faydalıq əmsalı çox yüksək ali zabitidir. Ölkənin dron, uzaqvuran raketlər proqramını məhz o reallaşdırıb. Ali hərbi təhsillidir. Antiazərbaycan, antitürk bəyanatlara əsla özünü bulaşdırmayıb. Əli Fədəvinin isə hərbi təhsili yoxdur. Mətbuatda antiAzərbaycan, antitük mesajları ilə ad çıxarıb. Farsdır. İsfəhanlıdır. Özünü "Şahnamə" qəhrəmanı Rüstəm Zala bənzədir. Əsgərlərindən tələb edir ki, onu "Rüstəm Zal" deyə çağırsınlar.

 

Son antiazərbaycan mesajında durnanı necə deyərlər, gözündən vurub. Deyib ki, bəs Qacarlar, 19-cu əsrdə hərbi səriştəsizlik sərgiləyərək, Arazdan şimaldakı Azərbaycanı itiriblər. Əli Fədəvi, qacarlar sənin kimilərdən fərqli olaraq, "şimal ayısı" ilə 30 il döyüşüblər. Bizim Herisçi ailəsi də bu döyüşlərdə iştirak edərək çox şəhidlər verib. Ulu nənəm, Xanıməmmə deyərdi ki, o vaxt şəhidlərin belini qırıb, cəsədini, atın gövdəsinə sarar, üzərinə ot-biyan yığardılar ki, qoxu verməsin".

 

H.Herisçi Əli Fədəvinin uğursuz sərkərdə olduğunu qeyd edib:

 

"At belinə sarınmış bu şəhidləri sonra gətirib qapılarına təhvil verirmişlər. Qacarlar, düşmənlə vuruşublar, səndən fərqli olaraq... Sən isə hələ də ancaq dilinlə vuruşursan. Yaratdığın Hut torpedoları isə rusların Şkval torpedasının pis "kopyasıdır". Atırsan, qayıdıb özünü vurur. Qısası, Əmirəli Hacızadə uğurlu sərkərdədir, sən isə uğursuz".

 

 İnci


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...