“Dünyada ən bahalı bal Türkiyədə istehsal olunur” – MARAQLI FAKTLAR + FOTO

“Dünyada ən bahalı bal Türkiyədə istehsal olunur” – MARAQLI FAKTLAR + FOTO

www.baleoni.az Azərbaycanın milli bal brendi peşəkar komandası ilə arı kimi mütəşəkkil və səliqəli iş görür”.

 

Sfera.az bildirir ki, bunu Dövlət Toxum Fondunun sədri Emin Əliyev deyib. O, sosial şəbəkə hesabında balla bağlı maraqlı fikirlər də qeyd edib:

 

“1.“Bal” sözü yəhudi əsaslı sözdür. Hərfi tərcümədə “sehirli” və ya “ sehrlənmiş” mənalarını verir.

 

2. 100 qram bal istehsalı üçün arılar 46000 kilometr məsafə qət etməlidirlər.

 

3. Bal istehsalı üçün toplanan nektar, arı üçün geri dönərkən bir növ yanacaq rolu oynayır. Belə ki, uzaq məsafələrdən dönərkən arı topladığı nektarın yalnız 30%-ni gətirə, qalan 70 %-i isə tələbatları üçün sərf edə bilər.

 

4. Balın tərkibi fruktoza ilə zəngindir. Fruktoza alkoqolu orqanizmdən xaric etmək xüsusiyyətinə malikdir.

 

5. İstilik balın keyfiyyətini azaldır. 50 dərəcədən yuxarı temperatur isə bütün yararlı xüsusiyyətlərinin itməsinə səbəb olur.

 

6. “Bal ayı”nın tarixi qədim zamanlardan, norveçlilərdən mövcuddur. Qədim dövrlərdə yeni evlənənlər 1 ay boyunca mütləq bal yeməli və ballı içkilər qəbul etməli idilər.

 

7. 1985-ci ildə Peru gömrükçüləri Ekvadordan gələn böyük həcmdə bal kolonyasını saxlayırlar. Buna səbəb balın içində kokainin olması idi. Sonradan məlum oldu ki, narkotik maddə ora mexaniki yolla əlavə edilməyib. Təhlükəli tərkibə malik balı əldə etmək üçün arıları kokain plantasiyalarına buraxıblarmış.

 

8. Dünyada ən bahalı bal Türkiyədə istehsal olunan “Elf” balıdır. Onun 1 kiloqramının qiyməti 5000 avrodur. Bu bal Artvin yaxınlığında yerləşən Sarıkair vadisində istehsal olunur. İlk satış ilində- 2009-cu ildə bu balın 1 kq-ı Fransaya 45000 avroya , bir il sonra isə Çinə 28 000 avroya satılıb.

 

9. Bal həmçinin güclü və bahalı konservantdır və qədim zamanlardan insanlara məlum idi. Belə ki, Aleksandr Makedonski yürüyüş vaxtı vəfat edir və onun cəsədini uzun yolda daşıya bilmək üçün bala batırmışdılar. Bu şəkildə cəsəd heç bir dəyişikliyə məruz qalmadan Makedoniyaya çatdırılmışdı.

 

10. Maraqlıdır ki, bütün digər qida maddələrindən fərqli olaraq bal kiflənmir. Hətta məqsədli olaraq kif göbələklərini daxil etdikdə belə tezliklə məhv olurlar.

 

11. Balın saxta formaları çox satılır. Əsl balı ayırd edə bilməyin qədim və asan üsulu müvcuddur. Kibrit çöpünü bala batırın və sonra yandırın. Əgər bal təbiidirsə, kibrit yanacaq, deyilsə, bal əriyib axacaq”.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...