Logo

Yeni snayper tüfəngimiz

Yeni snayper tüfəngimiz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni snayper tüfəngimiz

Müdafiə Sənayesi Nazirliyi "ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini nümayiş etdirib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, nümayiş etdirilən iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

Yeni NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur.

MSN-in müəssisəsində yeni hazırlanan NST snayper tüfəngi daha da təkmilləşdiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR