Logo

Sosial şəbəkədə pozğunluğa cəlb edən Fidan adlı xanımdan AÇIQLAMA: "Birini - ikisini ..."

Sosial şəbəkədə pozğunluğa cəlb edən Fidan adlı xanımdan AÇIQLAMA: "Birini - ikisini..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün "Facebook" da tanış olub, xanımları aldadıb, fahişəliyə cəlb edən gənc qızla bağlı yazı yayımlamışdıq. "Facebook"da fəaliyyət göstərən "Xanımlar akademiyası" qrupunun rəhbəri Aziza xanım adıçəkilən xanımın əməlləri haqqında bizə məlumat vermişdi.
 

BiG.AZ-la əlaqə saxlayan Fidan adlı xanım həmin yazışmaların yalan olduğu, Aziza xanımın dediklərinin heç bir əsası olmadığını dilə gətirib:

"Bu xəbər həqiqəti əkst etdirmir. O mesajlar da o xanımın mesaj qutusundan götürülüb. Aziza xanım başqa Fidan adlı qızla danışıb. Məndə o görüşdən şəkillər də var. Fidan bunu hansısa bir kişi ilə tanış edib. Aziza xanım özü də bilib ki, o qız mən deyiləm. Amma qıza yazıb ki, bu həmin Fidan deyil, amma sən səsini çıxartma. Fidanın boynuna yıxaq. Həmin xanım o qızın mən olmadığımı bilə-bilə adımdan əxlaqsız fikirlər səsləndirib. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə profilinə nəlayiq sözlər yazıb, şəkilləri paylaşsın. Qrupda Aziza xanımla bir dəfə davamız düşdü. Sonra mənə "screenlər" göndərirdilər ki, Aziza xanım sizə söyüşlər yazıb. Mən də onu bloka atdım. Axşam saatlarında mənim adımdan status paylaşdı ki, bu qız əxlaqsızdır. Nəlayiq söyüşlər yazıb məni təhqir etdi. Qadına yaraşmayan söyüşlər... Üstündən yarım saat keçəndən sonra yoldaşı kimi özünü təqdim edən bir kişi mənə yığdı ki, bəs sizinlə görüşmək istəyirik. Söhbəti bağlayaq, nə lazımdırsa edək. Yaxşı tutaq ki, mən bu işlə məşğulam: bir qadını aldadaram, ikisini aldadaram. Üçüncü qadın artıq məni polisə verərdi axı... Necə ola bilər ki, mən bir bu qədər qadını aldadım. Əgər mən belə işlərlə məşğul oluramsa, niyə heç kim məni polis idarəsinə şikayət etməyib? Mən polisə müraciət edəndə hamısı ( söhbət onun əxlaqsız olduğu yazan xanımlardan gedir) profilini dondurub gizləndi. Sual verirəm niyə? Bu yazıdan sonra mən Azizə xanıma yazanda ki. sizin əlinizdə sübutlarınız yoxdur. O mənə dedi ki, bu xəbərlərin ortaya çıxması mənlik deyil. Bəs necə olur ki saytlara müraciət edir ki, bu fahişədir? Bütün bunlar qurmadır, oyundur".

Facebook-da yaradılan Xanımlar akademiyası qrupunun sizin tərəfindən onun əlindən alınıb idarə olunması doğrdurmu? sualını Fidan belə cavablandırdı:

"İnanırsınız bu qrup heç mənim yadıma da düşmür. Mənim o qədər problemlərim var ki, heç qrupda yazmaq yadıma da düşmür. Nəyimə gərəkdir qrup? Kiminlə düşmənçiliyi var, getsin onunla düşmən olsun. Özünə də dedim, şikayətin var get ver polisə. Məhkəməyə ərizə yaz. Mənlik deyil. Sadəcə aramızda baş verən mübahisədən sonra o elə bilir ki mən ona qarşı kinliyəm. 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR